Prezident təqaüdünün məbləği bu gündən ARTIRILDI

10:42 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Prezident təqaüdünün məbləği artırılıb. Xatırladır ki, bu barədə iyulun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Hafta.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Qeyd edək ki, öncə bu məbləğ 270 manat təşkil edirdi.